Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz dueli yaşanır: ruslar Ağdərə və Xocavəndi “Mardakert” və “Martuni” adlandırmağa davam edir, o cümlədən, Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi qeyd edir; Azərbaycanın haqlı etirazına rəğmən mövqelərini dəyişmir və iddialarını “əllərindəki xəritələrlə” əsaslandırırlar;
Rusiyanın əlində olan xəritə 1991-ci ilə qədər olan xəritədir, sülhməramlılar bölgəyə gələndə özləri ilə bu xəritəni gətirdilər. Məqsəd də qondarma “dqr”-in mövcudluğunu saxlamaq, bunun üzərindən bölgədə varlıqlarını davam etdirməkdir.
Məsələni “söz duelindən” irəliyə aparmaq lazımdır.