21 Dekabr 2022 20:57
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüşün yekun Bəyannaməsi imzalanıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər