10 May 2023 13:11
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da Moskvada rusiyalı həmkarı Sergey Lavrovla Cənubi Qafqazdakı durumu müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çavuşoğlu Tviterdə yazıb.

Tərəflər Ukrayna və Suriyadakı durum barədə də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN başçıları arasında dördtərəfli görüş keçirilir.


Müəllif: Teleqraf.com