“Nikol Paşinyana sülh müqaviləsinin imzalanması əmri verilib, o da bunu yerinə yetirməyə çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qaqik Arutyunyan deyib.
Ekspert Azərbaycan və Ermənistan arasında görüşlərin intensivləşdiyini və təmas tarixləri arasında zamanın qısaldığını bildirib.
Arutyunyan iki ölkə arasındakı əsas gündəmin sülh müqaviləsinin imzalanması olduğunu iddia edir. Bir iddiasına görə də, Qərbdən, birbaşa ABŞ-dan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Baş naziri Nikol Paşinyana təzyiq olunur və ona bu yöndə əmr verilib.
“Nikol bunu etməyə çalışır, o, verilən əmrləri yerinə yetirən təsir agentidir. Bu əmrlər elə verilir ki, özü də hər şeyi alt-üst edir, əli ayağına dolaşır, axırda da deyir ki, görürsünüz, hər şeyi elədim - Moskvaya getdim, Vaşinqtona adam göndərdim, heç nə alınmır”, - ekspert bildirib.
Artutyunyanın iddiasına görə, Azərbaycanla sülh müqaviləsinin imzalanması “Zəngəzursuz Ermənistan” deməkdir. Qarabağa gəldikdə, o, artıq bu məsələnin Azərbaycanın xeyrinə həll edildiyinə inanır.
“Ermənistan üçün çətin vəziyyət yaranıb. Ermənistan subyekt kimi artıq dəyərini itirib və oynanılan obyektə çevrilib. Bu oyunların heç biri yaxşı heç nə vəd etmir”, - Arutyunyan vurğulayıb.