Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Blinken Fidanı yeni təyinatı münasibətilə təbrik edib.
Görüşdə İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması və modernləşdirilməsi, Ukrayna taxıl sazişi müzakirə olunub.
Hər iki nazir iki ölkə arasında ümumi gündəlik məsələləri müzakirə etmək üçün mümkün qədər tez bir zamanda yenidən görüşməyə hazır olduqlarını vurğulayıblar.