27 İyun 2023 19:32
3 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdən dərhal sonra Prezident Emmanuel Makron qəzəblə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyana zəng edərək bildirib ki, artıq belə görüşlərdə iştirak etmək niyyətində deyil. Fransa lideri deyib ki, Qarabağ və orada yaşayan ermənilərin gələcəyi ilə yalnız o maraqlanır, Almaniya, Azərbaycan, Avropa Birliyi və Ermənistan liderləri isə bu məsələyə Azərbaycanın ayrılmaz hissəsi kontekstində yanaşırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır.

Papazyan bununla bağlı Ermənistan mediasında yayılan iddianı “Hraparak”a təsdiqləyib.

“Makronun Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitindən sonra Papazyanla telefon əlaqəsi saxlaması barədə məlumat doğrudur. Fransa prezidenti Moldovada ermənilərin maraqlarını (separatizmi) müdafiə edən yeganə şəxsdir. Prezident Şarl Mişel Azərbaycanın tərəfindədir. Paşinyan isə özünü çox spesifik, çox qapalı və zəif göstərdi.

Makron təyyarəsinə minəndən dərhal sonra Murad Papazyana zəng gəlib. Fransa lideri görüşdən narazı idi. O, praktiki olaraq sammitdə erməni maraqlarını müdafiə edən yeganə şəxsiydi. Qarabağ ermənilərinin (separatçıların) maraqlarının yeganə müdafiəçisi olmaq Prezident Makronu pis duruma salıb”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər