20 Sentyabr 2023 09:54
15 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökumətinin xüsusi təyinatlı səfiri Edmon Marukyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, erməni diplomat bununla bağlı öhdəlik götürmədiklərini iddia edib.

“Ermənistan 10 noyabr sənədində belə bir öhdəliyi qəbul etməyib, yalnız kommunikasiyaların açılmasından danışıb və Ermənistan buna hazırdır”, - Marukyan deyib.

Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlara gəlincə, səfir qeyd edib ki, Ermənistan buna qarşıdır və bundan sonra da əleyhinə olacaq.

Prezident Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı İrəvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər