Rusiya Sünikdə (Zəngəzur) baş konsulluq açacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Mehridə məsələ ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri və Qafan şəhərinin meri arasında görüş keçirilib.
Görüşdə konsulluğun tezliklə açılmasının planlaşdırıldığı bildirilib.
Rusiyadan əvvəl İran Zəngəzurda konsulluq açıb. Fransanın da belə bir qərarı var.