2 Noyabr 2023 11:12
6 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Lemkin İnstitutunun Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı iddiasına cavab verib.

Teleqraf.com xəbər verir ki, qurum Ermənistanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini bildirib.

“ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğulamışıq ki, həmin suverenliyin və ərazi bütövlüyünün hər hansı formada pozulması ciddi nəticələrə gətirib çıxaracaq. Biz mütəmadi olaraq güc tətbiqinə qarşı tövsiyə xarakterli gözləntilərimizi vurğulayır və vəziyyəti davamlı izləyirik. Ermənistan ABŞ-ın yaxın tərəfdaşı və dostudur, biz Ermənistanın siyasi-iqtisadi təhlükəsizliyini gücləndirmək üçün Ermənistan hakimiyyəti ilə işləməyi səbirsizliklə gözləyirik”, - ABŞ Dövlət Departamenti vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər