15 Noyabr 2023 16:37
3 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Konqresin saytı məlumat yayıb.

Dinləmələrdə dövlət katibinin köməkçisi Ceyms Obrayn və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avrasiya və Avropa Bürosunun rəhbərinin müavini Aleksandr Sokolovski çıxış edəcək.

Dinləmələr Azərbaycan vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, bu, Azərbaycana qarşı ilk belə hal deyil, sentyabrda da Konqresdə Azərbaycana qarşı təxribatçı dinləmə keçirilmişdi. Dövlət katibinin keçmiş köməkçisi Yuri Kim dinləmələrdə Azərbaycanın ünvanına hədyanlar və qondarma ittihamlar səsləndirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər