14 Dekabr 2023 18:12
7 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh müqaviləsində nə yazıldığını bilmirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan müqavilədə Qarabağdan bəhs olunub-olunmadığı ilə bağlı suala cavabında deyib.

“Orada nə yazıldığını bilən varmı? Müqavilə müəyyən prinsiplərə əsaslana bilən sənəddir. Müqavilə elə bir sənəddir ki, onu öyrənmək, anlamaq, görmək lazımdır. Əgər sənədi görməmişəmsə, onu necə şərh edə bilərəm?”, - Sərkisyan bildirib.

Xocalı cəlladı separatçı rejimin ləğvi ilə razılaşmadığını da söyləyib. Onun sözlərinə görə, Samvel Şahramanyanın qondarma qurumun ləğvi ilə bağlı “fərman”ı heç nə demək deyil.

Sərkisyan bundan əvvəl səsləndirdiyi “artsax səhifəsi bağlanmayıb” sayıqlaması ilə bağlı suala da cavab verib. Daha doğrusu bundan bir cümlə ilə yayınıb.

“Zamanla bu açıqlamanı verərkən nəyi nəzərdə tutduğumuzu ətraflı izah edəcəyik”, - Sərkisyan vurğulayıb.

Sabiq prezident jurnalistlərin müvafiq suallarını barəsində açılan cinayət işi üzrə keçirilən növbəti məhkəmə iclasından sonra cavablandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər