Ermənistanda səfərdə olan Çexiya parlamentinin palata sədri Marketa Pekarova Adamova Azərbaycana yönəlmiş həddi aşan açıqlama ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, çexiyalı erməni jurnalistlərin önündə “Azərbaycanın beynəlxalq ictimaiyyətin təzyiqi ilə danışıqlar masasına qaytarılması” hədyanını irəli sürüb.
“Bakıya səfərim zamanı mütləq bu sualı qaldıracam ki, niyə Ermənistan nümayəndələrinin hörmətlə qarşılayacağı həll yollarını tapmaq istəmirlər? Bizim etməli olduğumuz budur. Əlbəttə, bütün imkanlarımızdan istifadə edərək, danışıqlarda iştirakını davam etdirmək üçün Azərbaycanın bütün nümayəndələrinə belə bir təzyiq göstərəcəyik”, - Adamova deyib.
Palata sədri Ermənistandan sonra Azərbaycana səfər edəcək.