Gürcüstan parlamentinin qarşısında keçirilən aksiyalarda müəyyən qruplar təxribatlar təşkil etməyə çalışırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bəyanatında bildirilib.
Qeyd olunub ki, konkret siyasi partiyaların liderləri və QHT rəhbərləri tərəfindən təxribatların əsas məqsədi hakimiyyəti zorakılıqla devirməkdir.
DTX aksiyaçıları ehtiyatlı olmağa və planlaşdırılmış təxribatın qəsdən və yaxud qəsdən olmayaraq iştirakçısına çevrilməməyə çağırıb.