31 Yanvar 16:32
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan silahların alınması ilə bağlı bütün əsas məsələlər öz həllini tapıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan deyib.

O qeyd edib ki, müzakirələr qapalı aparıldığı üçün çox şey deyə bilmir.

Ovannisyan əlavə edib ki, Ermənistan Müdafiə Nazirliyinə hansısa problemin olması barədə siqnal daxil olmayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Rusiyaya pul ödəmələrinə baxmayaraq, nəzərdə tutulan silahları ala bilmədiklərini açıqlamışdı. Söhbət 400 milyon dollarlıq silahdan gedir. Ötən günlərdə Ermənistan Müdafiə Nazirliyi mübahisəli məsələlərin əksəriyyətinin həll olunduğunu, amma hələ də həll olunmamış məsələlərin qaldığını bildirib.

Nazirlik anlaşmaya uyğun olaraq, silahların ilk partiyasının Ermənistana çatdırıldığını da açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər