Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iştirakı dondurulub.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib .
"Kollektiv təhlükəsizlik sazişi Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi. Bu, diqqətimizdən kənarda qala bilməz. Bu sazişdə iştirakımızı dondururuq. Görək bundan sonra nə olacaq", - Paşinyan bildirib.
Ermənistandakı Rusiya hərbi bazasının mümkün bağlanması ilə bağlı suala isə Paşinyan bildirib ki, hazırda bu barədə danışmırıq.