27 Mart 12:19
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” Azərbaycan əleyhinə bədnam hesabat hazırlayıb.

Teleqraf.com xəbər verir ki, təxribatçı şəbəkə açıq şəkildə Avropa Birliyini (AB) Ermənistanı Azərbaycana qarşı silahlandırmağa çağırır.

Hesabat müəlliflərinin fikrincə, indi cəsarətli addımlar atmaq, Ermənistana ciddi dəstək vermək vaxtıdır.

Şəbəkə hesab edir ki, AB vasitəçilik əvəzinə, Ermənistanı Azərbaycana müqavimət göstərə bilməsi üçün hərbi baxımdan gücləndirməlidir: “AB ilə Ermənistan arasında həm qısa, həm də uzunmüddətli perspektivdə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə ehtiyac var”.

Şəbəkə vurğulayır ki, AB Ermənistana əlaqələrin genişləndirilməsi üçün “yol xəritəsi” təklif etməlidir. Bura Ermənistana AB üzvlüyünə namizəd statusunun verilməsi də daxildir. Təxribatçı qrup Azərbaycana qarşı hədyanında irəli gedərək, ölkəmizi “işğalçılıq”da da günahlandırır. Bədnam hesabatda qardaş Türkiyə də hədəfə alınıb, barəsində məntiqsiz iddialar irəli sürülüb.

Hesabatda AB-yə üzv dövlətlərdən Ermənistana “hərbi yardımın artırılmasının zəruriliyi” vurğulanır. Burada həm birgə təlimlər, həm də Avropa ölkələri ilə hərbi əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Bu kontekstdə hesabat həmmüəllifləri Ermənistan ordusunda islahat və onun modernləşdirilməsini də vurğulayaraq əlavə edirlər ki, Ermənistanın müasir Qərb texnikalarına ehtiyacı var.

Anders Foq Rasmussen bundan əvvəl də Azərbaycanı hədəfə alan skandal açıqlamalar verib. Ərazilərini azad etdikdən sonra Azərbaycana qarşı fəallaşan NATO-nun keçmiş baş katibini danışdıran şeyin xaricdəki zəngin erməni iş adamlarının pulları olduğu heç kəsə sirr deyil.


Müəllif: Mənsur Rəğbətoğlu