28 Mart 10:47
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycana qarşı əsas təbliğat vasitələrindən olan “Le Figaro” qəzeti keçmiş separatçı rejimin başçısı, terrorçu Samvel Şahramanyana özü və separatçıları müdafiə etməsi üçün tribuna verib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan əleyhinə şər-böhtan dolu müsahibədə Şahramanyan qondarma qurumu ləğv edən “fərman”ından da danışıb.

Separatçının sözlərinə görə, qüvvələr balansı Azərbaycan ordusunun xeyrinə olduğu üçün bu addımı atmağa məcbur olub.

“Qüvvələr balansı pozulduğuna görə müqavimət göstərmək imkanımız olmadı, ona görə də azərbaycanlılarla tez əlaqə qurduq. On iki saatlıq danışıqlardan sonra hərbi əməliyyatlara son qoyduq”, - Şahramanyan deyib.

Böhtan və təxribatlarında irəli gedən Şahramanyan guya bunu özü kimi separatçı soydaşlarını “kütləvi qətllərdən qurtarmaq üçün” edib.

Sayıqlamasını davam etdirən separatçı “fərman”ı imzalamasına baxmayaraq, qondarma qurumun öz mövcudluğunu saxladığını iddia edib:

“İrəvanda sizi (fransalı jurnalist – red.) qəbul etdiyim binada ofisimiz var”.

Şahramanyan və Fransa nəşrinin iddiasının əksinə olaraq, nə ötən il sentyabrın 19-da keçirilən antiterror tədbirləri, nə də 44 günlük müharibə zamanı Azərbaycan ordusu mülki şəxsləri hədəfə alıb. Azərbaycandan fərqli olaraq, Ermənistan və onun dəstəklədiyi separatçılar mülki insanlarımızı hədəfə alaraq hərbi cinayətlər törədiblər. Bu etirafı edənlərdən biri də, hazırda Bakıda həbsdə olan keçmiş separatçı rejimin başçısı Araik Arutyunyandır. O, hələ 44 günlük müharibənin gedişi zamanı, yəni həbsindən xeyli əvvəl bu etiraf etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu