29 Mart 13:09
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan son günlərdə fəallaşan separatçılarla bağlı sərt göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Qarabağ erməniləri və ya separatçıların ötən həftə İrəvanda keçirdikləri mitinq Paşinyanı qəzəbləndirib:

“Paşinyan bundan sonra müavini Tiqran Xaçaturyanla sərt söhbət aparıb, ona nəyin bahasına olur-olsun, Qarabağ ermənilərinin (separatçılar – red.) ağızlarını bağlamağı əmr edib”.

Ermənistan baş naziri müavininə göstəriş verib ki, Qarabağ erməniləri ilə məcburi görüşlər keçirsin, onları sakitləşdirsin.

Nikol Paşinyan keçmiş separatçı qurumu “mühacir hökumət” adlandıran Samvel Şahramanyana da sərt etirazını bildirib. Belə bir “hökumət” tanımadığını deyən baş nazir separatçını sayğısızlıqda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu