Türkiyə Müdafiə Nazirliyi sosial media hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, paylaşımda diqqətçəkən ifadələrə yer verilib.
“Özümüz bir... Sözümüz bir... Gücümüz bir...
Dost və qardaş ölkə Azərbaycanın Milli Qurtuluş Gününü qeyd edir, soylu Azərbaycan xalqını ürəkdən təbrik edirik. “Bir Millət, İki Dövlət” anlayışı ilə bir ürək olduğumuz əziz bacı-qardaşlarımızla bundan sonra da kədərdə, sevincdə bərabər olmağa davam edəcəyik”, - nazirliyin mesajında deyilir.