Azərbaycan Ermənistandan sərhədin delimitasiya və demarkasiya prosesinin növbəti mərhələsində Kərki kəndinin qaytarılmasını tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
“Azərbaycan inadla prosesin Sünik (Zəngəzur) – Naxçıvan istiqamətində davam etdirilməsini istəyir. Bu mərhələdə Kərkinin təhvil verilməsini tələb edir. Kərki ilə yanaşı, Tavuş istiqamətində 3 anklavın (Sofulu, Barxudarlı və Yuxarı Əskipara) təhvil verilməsi də, Azərbaycanın tələblərinə daxildir”, - erməni nəşdir bildirir.
Mənbənin iddiasına görə, Azərbaycan sərhədin delimitasiya və demarkasiyasının Almatı bəyannaməsi əsasında davam etdirilməsini də istəmir.