12 İyul 16:48
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası prosesini davam etdirməyə və qısa müddətdə sülh müqaviləsini imzalamağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədinin 12 km-lik hissəsi artıq demarkasiya olunub və hər iki tərəfin sərhəd xidməti sərhədin müvafiq bölmələrində yerləşdirilib.

“Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir ambisiyası yoxdur və sərhədin delimitasiyası prosesinin davam etdirilməsi, qısa müddətdə sülh sazişinin bağlanması və imzalanması istiqamətində konstruktiv və intensiv işlər görməyə hazırdır”, - Rubinyan bildirib.

Vitse-spiker Ermənistanın nəinki hazır olduğunu, həm də regional infrastrukturların (dəhlizlər) blokadadan çıxarılması ilə beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, şübhəsiz ki, Cənubi Qafqazda iri infrastruktur layihələri region ölkələri üçün birləşdirici amilə çevrilə bilər.

“Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması iqtisadi münasibətlər sisteminin sabit regional modelinin formalaşmasına gətirib çıxarmalıdır”, - Rubinyan qeyd edib.

Bu kontekstdə o qeyd edib ki, bölgədə nəqliyyat xətləri ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsasən açılmalıdır.

"Bütün tərəflərin maraqlarını birləşdirməklə, regionda əməkdaşlıq, qarşılıqlılıq və çiçəklənmə üçün ilkin şərtlər yaratmaq məqsədilə tarixi imkanımız olacaq”, - vitse-spiker vurğulayıb.

Rubinyan iddia edib ki, Ermənistan siyasi dialoqun yaxşılaşdırılması və beynəlxalq münasibətlərdə sabitliyin artırılmasının, bütün maraqlı tərəfdaşlar arasında bərabərhüquqlu və konstruktiv əməkdaşlığın tərəfdarıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər