ABŞ-ın keçmiş birinci xanımı, model və dizayner Melaniya Tramp əri, ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddən sonra amerikalılara müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.
54 yaşlı modelyer həmyerlilərini siyasi fikir ayrılıqlarını aradan qaldırmağa və sülh naminə birləşməyə çağırıb.
Trampın yoldaşı onu vuran 20 yaşlı gənci canavar adlandırıb: "Güllənin Donalda dəydiyini görəndə anladım ki, mənim və Barronun (Donald və Melaniya Trampın oğlu) həyatı dağıdıcı dəyişikliklərin astanasındadır".
Melaniya Tramp həmçinin göstərdikləri dəstəyə görə, məxfi xidmətə və hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.