Koronavirusa yoluxmuş ABŞ prezidenti Co Baydendə xəstəliyin yüngül simptomları var.
Teleqraf.com xəbər verir ki, bunu siyasətçinin həkimi Kevin O’Konnor deyib.
Həkimin sözlərinə görə, siyasətçi xəstəliyi yüngül keçirir və onun temperaturu normaldır: "Prezident koronavirus infeksiyasının yüngül simptomlarını keçirir. "Paxlovid"i qəbul etməyə davam edir. Onun qızdırması yoxdur, həyati göstəriciləri də normal olaraq qalır”.
Bundan əvvəl prezident administrasiyası Co Baydenin koronavirusa yoluxduğunu və Las-Veqasda konfransda planlaşdırılan çıxışını ləğv etdiyini bildirmişdi.