19 İyul 08:00
2 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal dünyada internetin sürəti tərəqqinin və rahatlığın ölçüsünə çevrilib.

Teleqraf.com ən sürətli internetə malik ölkələri təqdim edir:

Sinqapur

Sinqapur bir neçə ildir ki, 250 Mbit/s-lə internet sürəti üzrə dünyada liderlik edir. Bu uğura təkanı fiber optik şəbəkələrə böyük investisiyalar və dövlət proqramları verib.

Cənubi Koreya

Cənubi Koreyada orta internet sürəti təxminən 240 Mbps-dır. Ölkə bu sürəti 5G şəbəkələrinə və telekommunikasiya texnologiyalarına böyük investisiyalar ayırmaqla çatıb.

Honq Konq

Honq-Konq vətəndaşlarına 230 Mbit/s-ə qədər internet sürəti təklif edir.

İsveçrə

220 Mbit/s sürətli internetə malik İsveçrə müasir fiber-optik şəbəkələri və əhalinin yüksək rəqəmsal savadlılığı ilə tanınır.

Danimarka, İsveç, Norveç və Yaponiya

Bu ölkələr də internet sürətinə görə liderlər sırasında yer alırlar. Onlar internet istifadəçilərinə 190-dan 210 Mbit/s sürətli internet təqdim edir. Danimarka, İsveç, Norveç və Yaponiya bu sürətə infrastruktura və yeni texnologiyalara qoyulan sərmayələr nəticəsində çatıb.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilin əvvəlində açıqladığı rəqəmlərə görə, Azərbaycanda genişzolaqlı internetin sürəti ortalama 35,25 Mbit/s-dir.


Müəllif: Arzu

Oxşar xəbərlər