10 Mart 2015 20:16
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamının 3-cü hissəsi aşağıdakı redaksiyada verilir:

“3. YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının aşağıdakı tərkibi müəyyən edilsin:

Komissiyanın sədri

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiya sədrinin müavinləri

Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri

Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri
Novruz Məmmədov – Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Elmira Süleymanova – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Hicran Hüseynova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Samir Nuriyev – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
Zərifə Salahova – Azərbaycan Kitab Cəmiyyətinin sədri”.


Müəllif:

Oxşar xəbərlər