5 Aprel 2015 15:34
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda sahibsiz itlər əsl təhlükə mənbəyinə çevrilib.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, Tovuzda sahibsiz itlər növbəti dəfə sakinlərə məxsus heyvanlara hücum edib. Hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Xırdabuynuzlu heyvanları otarmağa aparan kənd sakini Elbrus Cəfərov 9 vəhşi itin hücumuna məruz qalıb. Qonşuların müdaxiləsinə baxmayaraq sahibsiz itlər qoyunlardan 4-nü yaralayıb, 2-ni isə parçalayaraq öldürüb. Zərərçəkənlər bildirir ki, Yuxarı Öysüzlüdə quduzlaşmış canlıların sayı günbəgün artır. Təhlükə mənbəyinə çevrilən itlər azyaşlı uşaqların oyun meydançasında daha çox gözə çarpdığından bu məsələ sakinləri daha çox narahat edir.

Qeyd olunur ki, sahibsiz itlərə təkcə Yuxarı Öysüzlü kəndində deyil, Tovuzun mərkəzində, Ağdam və digər yaşayış məntəqlərində də rast gəlmək mümkündür.


Müəllif:

Oxşar xəbərlər