2015-ci ilin birinci rübü ərzində Baş İdarənin İstintaq idarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin 1-ci rübü ərzində görülmüş işlərə dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18. 556. 668 manat məbləğində ziyanın 5. 894. 138 manatı və ya 31,7 %-nın ödətdirilməsi təmin edilib, cinayət işləri üzrə 104. 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosesual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Hacı Zeynalov