27 İyul 2015 15:50
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən “FireFlies” turizm layihəsi həyata keçirilir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, layihənin birinci mərhələsi çərçivəsində Azərbaycana 13 ölkədən 19 xarici tələbə dəvət edilib. Layihə çərçivəsində Türkiyə, Polşa, İsveçrə, İspaniya, İtaliya, Yunanıstan, Tailand, Ukrayna, Qazaxıstan, İndoneziya, Çin, Moldova, Macarıstan və Misir kimi ölkələrdən gəlmiş könüllülər ölkəmizin dilbər güşələri, tarix-mədəniyyət abidələri, adət-ənənəsi və zəngin mətbəxi ilə yaxından tanış olaraq öz fikir və təəssüratlarını layihə üçün nəzərdə tutulmuş bloqda yerləşdirəcəklər.

“FireFlies” layihəsinin ikinci mərhələsi avqust ayında həyata keçiriləcək. Ölkəmizə qonaq gələn xarici tələbələrin Azərbaycan ailələrində yaşayışla təmin olunması nəzərdə tutulub. Bu tipli tədbirlər gənclər arasında mədəni körpülərin qurulmasına, ölkəmizin dünyada tanıdılmasına və turizm potensialının nümayişinə öz töhfəsini verəcək.


Müəllif: