6 Avqust 2015 15:19
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texnologiya Universitetində iclas keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) pedaqoji kollektivinin iclası keçirilib. Təhsil Nazirliyindən verilən məlumata görə, Gəncə şəhərində yerləşən universitetdə keçirilən iclasda təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev və digər rəsmi şəxslər, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib.

İclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub. Firudin Qurbanov çıxış edərək bildirib ki, Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlanıb, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdikləri müəyyən edilib, yoxlama materialları prokurorluq orqanlarına göndərilib və bu kimi hallar ali məktəbin imicinə ziyan vurub.

Nazir müavini təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib.

Nazir müavini yeni təyin olunmuş tədris işləri,elm və texnika üzrə prorektorları kollektivə təqdim edərək rektora universitetin gənc və perspektivli kadrlarla təmin edilməsi, kollektivdəki mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması, maliyyə intizamının gücləndirilməsi, tədrisin keyfiyyətinin qaldırılması barədə nazirin tapşırıqlarını çatdırıb. Nazirin əmrinə əsasən, universitet rəhbərliyi tərəfindən Nazirliyin kollegiya iclasında 2015/2016-cı tədris ilinin nəticələrinə dair geniş hesabatın təqdim edildiyini bildirib.

Təhsil Nazirliyi öz növbəsində bu ali məktəbdəki kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması istiqamətində zəruri addımların atılmasını davam etdirəcək.

Rektor Akif Süleymanov çıxış edərək rəhbərlik etdiyi kollektivin adından, deyilən iradlardan nəticə çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün var gücü ilə çalışacaqlarını bildirib.

SEVİL


Müəllif:

Oxşar xəbərlər