18 Sentyabr 2015 17:43
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyində ABŞ müdafiə katibinin nümayəndəsi ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu gün Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkas ilə görüşüb.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əlaqələr, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Müəllif: