28 Sentyabr 2015 15:45
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün erməni silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi qulluqçusu Vəliyev Rauf Fəxrəddin oğlu dəfn edilib.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, dəfn mərasimində Ağdam rayon rəhbərliyi və xidmət keçdiyi hərbi hissənin əsgər və zabit heyəti, kənd sakinləri, yaxınları iştirak edib.

Şəhidimizin dövlət bayrağına bürünən cənazəsi doğulduğu Ayaq Qərvənd kənd qəbristanlığında torpağa tapşırılıb.

Xaliqd Salmanbəyli


Müəllif: