19 Oktyabr 2015 14:05
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyən Prezident İlham Əliyev nazir Manuel Qonzales Sanzın ölkəmizə səfərini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb, əlaqələrimizin gələcəkdə müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə genişləndirilməsinin vacibliyini qeyd edib.

Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz indiyədək Azərbaycana Kosta-Rikadan ən yüksək səviyyəli dövlət nümayəndəsi kimi səfər etməsindən məmnunluğunu bildirib. O, Bakıda gördüyü sürətli inkişaf proseslərinin, paytaxtımızda həyata keçirilən abadlıq və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyib.

Nazir öz növbəsində ölkəsinin Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər