21 Oktyabr 2015 12:32
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işdən azad olunaraq, saxlanıldığı barədə məlumatlar yayılıb.



Məlumatı dəqiqləşdirmək üçün İstehsalat Birliyinə edilən zəngə cavab olaraq qəbul şöbəsindən Trend-ə B.Hüseynovun bu gün işə gəlmədiyi, onun saxlanılması ilə bağlı isə hər hansı informasiyaların olmadığı bildirilib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbərinin müavini Xankişi Kişiyev isə Trend-in suallarını cavablandırmaq səlahiyyətinin olmadığını deyib.

Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.


Müəllif: