12 Noyabr 2015 18:21
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda İran-Azərbaycan biznes forumu keçiriləcək

İranın şimal əyalətlərindən sayılan Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi noyabrın 16-da 15 nəfərlik heyətlə Azərbaycana rəsmi səfər edəcək.

Noyabrın 18-dək davam edəcək səfər çərçivəsində Məhəmmədəli Nəcəfi Bakıda Gilan əyalətinin təşkilatçılığı ilə keçiriləcək xüsusi sərginin açılış mərasimində iştirak edəcək, həmçinin Azərbaycanın şəxsləri ilə görüşəcək.

Noyabrın 16-da İran-Azərbaycan biznes forumu keçiriləcək. Forumda İran və Azərbaycan şirkətlərinin 150-ə yaxın məsul şəxslərinin iştirakı nəzərdə tutulub. İranın Bakıda keçirilən biznes sərgisi ilə eyni zamana təsadüf edən biznes forumda İran şirkətlərinin 100-ə yaxın məsul şəxsləri və tacirləri Azərbaycanın tacirləri ilə neft-qaz, kimya, tikinti sənayesi, su, elektrik enerjisi və maşınqayırma mövzularında üzbəüz müzakirələr aparacaqlar.

Azərbaycanda yaşayan iranlılar, İranda və Azərbaycanda fəaliyyət göstərən biznes və istehsal şirkətləri və tacirlər biznes forumda iştiraka dəvət olunublar.

Noyabrın 17-dən 19-dək isə Bakıda 32 İran şirkətinin iştirakı ilə İran İslam Respublikasının ixtisaslaşmış sərgisi keçiriləcək. “Baku Ekspo” beynəlxalq sərgi mərkəzində 3 gün təşkil olunacaq bu sərgidə, neft, qaz, neft-kimya, tikinti sənayesi, su, elektrik və maşınqayırma sahələrində çalışan Gilan əyalətinin 13 şirkəti və İranın digər əyalətlərinin 20 şirkəti iştirak edəcək.

Bu sərginin açılış mərasimi noyabrın 17-də saat 11:00 da “Baku Ekspo” mərkəzində Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi, İranın Bakıdakı səfiri Möhsün Pak Ayin və Azərbaycanın bir sıra vəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək.

Nərgiz


Müəllif: