Bu gün səhər saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatar yenə adam vurub.
“Azərbaycan Dəmir Yolları" QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.
“Bir qadın yoldaşı ilə birlikdə müəyyən olunmamamış yerdən yolu keçərkən, qatarın küləyi onu vurub. Qadın xəsarət alıb, dərhal təcili yardım çağrılıb, qadın xəstəxanaya yerləşdirilib. Qadının yoldaşı xəsarət almayıb”.