“Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin təşkilatçılığı ilə “İraq və Suriya türkmənlərinin mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Qurumun rəhbəri Tahirə Məmmədova İraqda və Suriyada yaşayan soydaşlarımızın keçmişi, tarixi və mədəniyyəti haqqında məlumat verib.
Sonra QAT sədri Akif Nağı, politoloq Mübariz Əhmədoğlu, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Şahin Şahbazov, islamşünas Atif İsmayılov, QHT rəhbərləri Ramazan Hüseynov, Mehriban Abdullayeva, Tərlan Eyvazov, Cəfər Dal və digərləri mövzu ətrafında çıxış ediblər. İraq və Suriya türkmənlərinin tarixi, mədəniyyəti və bugünkü acınacaqlı vəziyyətləri ilə bağlı müzakirələrdən sonra bir sıra təkliflər, o cümlədən İŞİD terrorunun qurbanına çevrilən insanlara yardım məsələsi də gündəmə gətirilib.
Səxavət