7 Dekabr 2015 12:28
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağında baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlardan evə buraxılan 21 nəfər növbə ilə bu gün Mərkəzi Neftçilər Xəstəxanasına gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə xəstəxananın baş direktorunun müavini Nadir Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstələr üçün psixoloq da ayrılıb: “Xəstəxanada müalicə alan 9 nəfərdən ikisi bu gün evə buraxılacaq. Evdəkilərsə bu gün müayinə üçün gələcəklər. Qalanların da 2 -3 günə evlərinə getmələrinə icazə veriləcək. Xəstələr arasında zədələrə görə əmək qabiliyyətini itirən yoxdur.

Digər 11 nəfərdə sadəcə psixoloji zədələnmə ola bilər. Lakin müayinə nəticəsində heç kəsdə ciddi psixoloji problem aşkar olunmayıb".

N.Mehdiyev əlavə edib ki, xəstəxanada yatan 4 neftçi cərrahiyyə, 2-si lor, 3-ü isə terapiya şöbəsində müalicəsini davam etdirir.

N. Mehdiyev bildirib ki, ambulator müayinəyə göndərilənlərdən bir nəfər narahatlıq və ürək bulanması ilə sonra geri qayıdıb. Rentgen olunduqdan sonra stasionar müalicəyə cəlb olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər