"Xəstələrin vəziyyəti yaxşıdır, itkin düşən 29 nəfər barəsində məlumat yoxdur. Onların axtarışları davam edir.
Teleqraf.com xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Mərkəzi Neftçilər Xəstəxanasında qəza nəticəsində xəsarət alan insanlara baş çəkərkən bildirib.
SOCAR rəsmisi qəzadan əziyyət çəkənlərin ailələrinə yardım ediləcəyini də bildirdi: Ölənlərin və itkin düşənlərin ailəsinə müvafiq yardım ediləcək. Bu barədə sərəncamda da məlumat var."
Qeyd edək ki, SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla da yaralılara baş çəkərək onların səhhəti ilə maraqlanıb.
İlhamə