29 Dekabr 2015 18:11
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri 6 711 564,1 min manat, xərcləri isə 8 181 399,7 min manat məbləğində təsdiq edilir.

Müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra №-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

6 094 053,0

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı

ödənişlər

2 100,0

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

12 600,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

602 790,1

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

21,0

Cəmi

6 711 564,1

Həmçinin müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra №-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

90 000,0

3.2.

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert

6 000 000,0

3.3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70 000,0

3.4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

137 621,7

3.5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

36 558,0

3.6.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

1 822 800,0

3.7.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

24 420,0

Cəmi

8 181 399,7

Fərmanla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2016-cı ildə istifadəsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilir, “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilir.


Müəllif:

Oxşar xəbərlər