"Dağlıq Qarabağda qoşunların təmas xəttində yaranmış gərginlik bütün MDB ölkələrində dərin narahatlığa və həyəcana səbəb olub".
Teleqraf.com xəbər verir ki, bunu MDB İcraiyyə komitəsinin sədri Sergey Lebedev deyib.
Onun sözlərinə görə, MDB-yə üzv olan bəzi ölkələrin prezident və xarici işlər nazirləri Azərbaycan və Ermənistan tərəflərinə müraciət edərək, onları hərbi əməliyyatları dayandırmaq yolunda təcili addımlar atmağa və münaqişənin sülh yolu ilə həlli axtarışlarını davam edirməyə çağırıb:
"Gənc azərbaycanlılar və ermənilər həyatını itirir, minlərlə insan əzab çəkir. Biz Müstəqil Dövlətlər Birliyi, Azərbaycan və Ermənistanın lazımi iradə və düşüncə göstərəcəyinə, qanlı toqquşmalara son qoyacağına və hər iki ölkənin xalqlarının rifahı naminə ən qısa zamanda sülh danışıqlarını bərpa etməyə imkan tapacağına ümid edirik".
Samir