8 Aprel 2016 14:40
2 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ordumuzun məğlubiyyətinə, Azərbaycan tərəfinin strateji əhəmiyyətli hündürlükləri tutmasına görə Serj Sarkisyan istefa verməlidir”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “armaneianreport” saytında dərc olunan məqalədə müəllif Qraçya Qalustyan yazıb.

Onun sözlərinə görə, Ermənistan ictimaiyyəti Sarkisyanı istefaya məcbur etməlidir: “Bizim hökmdarlar indiyə qədər cəmiyyəti aldadırdı ki, Azərbaycan gücsüz ölkədir və bizə heç nə edə bilməz. Halbuki, Azərbaycan həm müharibədə, həm də diplomatiyada Ermənistanı məğlub etdi. Son hadisələr Sarkisyanın bizi indiyə qədər barmağına doladığını sübut etdi”.

Müəllif diqqətə çatdırıb ki, hakimiyyətin strateji yüksəklikləri geri aldığına dair məlumatları da başdan-ayağa yalandır.

“Artıq Azərbaycan aldığı yüksəliklərdən real fotolar paylaşıb. Hakimiyyətin itkilər haqda dediyi rəqəmlər də yalandır. Bu, sadəcə ümumi sayın cüzi hissəsidir. Onlar guya qələbə çaldığımıza dair ümumi fikir təlqin edirlər. Amma həqiqəti gizlətmək mümkün deyil. Görünür, Ermənistan hakimiyyəti heç bir təhlükəyə hazır deyil və bu bizim – sadə əhalinin həyatı bahasına başa gəlir. Məhz bunlara görə, artıq istefanın vaxtıdır”, - deyə o qeyd edib.

Müəllif erməni ictimaiyyətini Serj Sarkisyanın istefasını tələb etməyə çağırıb.


Müəllif:

Oxşar xəbərlər