28 Aprel 2016 00:37
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti ali məktəblərdə təhsil ilə əlaqədar orduya çağırış möhlətinin ləğv edilməsi barədə qanun layihəsini parlamentə təqdim etmək niyyətindədir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hökumət aparatının rəhbəri David Arutünyan bildirib.


“18 yaşına çatmış şəxslər ordu sıralarına çağırılmalıdır. Bir ay ərzində müvafiq qanun layihəsi parlamentə təqdim ediləcək”, deyə D.Arutünyan parlamentdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, istisnalar yalnız hərbi sənaye ilə əlaqəli ixtisaslara şamil olunacaq.


Müəllif:

Oxşar xəbərlər