28 Aprel 2016 10:54
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində ağır kəllə beyin travması (kantuziya zədəsi) alan şəxs icra nümayəndəsinin məsul işçisidir.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, rayonun Zənguşalı kənd sakini, 1963-cü il təvəllüdlü İmanov Məhəmmədəli Soltan oğlu ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində ağır kəllə beyin travması (kantuziya zədəsi) alıb.

O, Ağdamın Mahrızlı kənd icra nümayəndəliyinin baş mühasibi vəzifəsində çalışır. Yaralı hazırda Ağdam rayon Mərkəz Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, ötən gecə ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində nəticəsində Ağdam rayonundan 1 mülki şəxs həlak olub, 8 nəfər isə xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan onlar dərhal əməliyyat olunublar.


Müəllif:

Oxşar xəbərlər