Milli Məclisdə Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Qanunun layihəsinə baxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə deputatlara İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Deyib ki, anlaşma memorandumunda Koreya ilə Azərbaycan dənizçilərinə verilən diplomlar və şahədətnamələr qarşılıqlı olaraq tanınacaq.
Layihə müzakirəsiz qəbul olunub.
Nemət