ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Bernan İŞİDD hələ də qlobal gücünü qoruyub saxlayır və kənarda terror törətmək imkanlarına malikdir. Teleqraf.com xəbər verir ki, Con Bernan ABŞ hava qüvvələrinin İŞİD-in əsas fiqurlarını hədəflədiyini, lakin təşkiların üzvlərinin dünya üçün təhlükə olaraq qaldığını bildirib.
"İŞİD hələ də müdaifə olunur. Onlar Suriya və İraqda itirdikləri ərazilərin heyfini çıxmaq üçün terrora üstünlük verəcəklər. İŞİD sıralarında çoxlu sayda Qərbdən gələnlər var. Onlar Qərb ölkələri üçün potensial təhlükədirlər" deyən CİA rəhbəri Orlandodakı hücumun İŞİD ilə heç bir əlaqəsinin olmadığını qeyd edib: "Orlandodakı qatilin hər hansı terror təşkilatı ilə əlaqələri müəyyən edilməyib".
Ayxan