İyunun 24-də Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sessiyası çağırılacaq.
Teleqraf.com xəbər verir ki, sessiyada hansı məsələlərin müzakirə ediləcəyi hələlik açıqlanmayıb.
KXCP Ali Məclisinin sədri Bəybala Əbil bildirib ki, bu gün KXCP İdarə Heyətinin yığıncağı keçirilib. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İdarə heyətinin yığıncağında Qarabağ məsələsi, Türklük günü, sosial-iqtisadi vəziyyət, Bakı şəhərinin Sovetski məhəlləsində dağıntılarla bağlı məsələlər və uyğun layihələr müzakirə edilib.
24 iyun - Türklük gününün qeyd edilməsi ilə bağlı müzakirələr aparılıb. Həmin gün Elçibəyin məzarının ziyarət edilməsi və partiyanın mənzil qərargahında tədbir keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, iyunun 24 Əbülfəz Elçibəyin doğum günüdür və bir çox ictimai-siyasi qurumlar bu günü Türklük bayramı kimi qeyd edirlər.
Cavid