21 İyun 2016 17:05
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ədliyyə Nazrliyi ADR Hərəkatını qeydiyyata almaqdan yenə də imtina edib. Ona görə də ADR Hərəkatı məhkəməyə müraciət edəcək”.

Teleqraf.com ADR Hərəkatının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən Hərəkata daxil olan məktubda qeydiyyatdan imtina barədə bildirilib. Dövlət qeydiyyatından imtinanın səbəbi kimi qurumun nizamnaməsində qəbul, əlavə və dəyişikliklər edilməsi qaydalarının olmaması göstərilib.

ADR Hərəkatı İcra Aparatının Təşkilati məsələlər üzrə Department rəhbəri Rövşən Dəmirli bu faktı dəyərləndirərək “əgər qanunun bu tələbinə əməl edilməyibsə, niyə sənədləri birinci və ikinci dəfə geri qaytaranda həmin irad bildirilməyib” deyə sual edib:

"Artıq 3-cü dəfədir hərəkatın sənədləri geri qaytarılıb. Ona görə də ADR Hərəkatı bundan sonra təkrar Ədliyyə Nazirliyinə deyil, məhkəməyə müraciət edəcək".

Cavad


Müəllif:

Oxşar xəbərlər