28 İyun 2016 11:28
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərdoğan diplomatdır. O, Putindən yox, Rusiyadan üzr istəyib”.

Teleqraf.com xəbər verir ki, bunu tənqidçi Əsəd Cahangir bildirib.

Ə.Cahangir əlavə edib ki, siyasət tələb edəndə kimdənsə üzr istəmək də olar: “Bu, diplomatiyadır. Odur ki, Ərdoğanın Putindən üzr istəməsini gəlin öz bayağı türkçülüyümüz və çayxana idrakımızla dəyərləndirməyək.

Ərdoğan rus hərbi təyyarəsini vurmaqla öz ölkəsinin gücünü, barışıq addımı atmaqla isə çevikliyini göstərdi. Hər iki halda təşəbbüs Türkiyənindir və durumu o müəyyən edir”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər