19 İyul 2016 14:53
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər