1 Sentyabr 2016 13:14
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisinin deputatları Səməd Seyidov və Azay Quliyev Qazaxıstanda səfərdədir.

Teleqraf.com xəbər verir ki, səfərdə məqsəd ölkənin paytaxtı Astana şəhərində keçirilən “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda iştirak etməkdir.

Səməd Seyidov tədbirdə Milli Məclisin komitə sədri qismində, Azay Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edir. Konfrans çərçivəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S. Seyidov “Nüvə silahları və ya müharibə olmadan təhlükəsizlik” mövzusunda paneldə çıxış edib.

Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti A.Quliyev konfransın plenar iclasında ATƏT PA-nın adından çıxış edib və konfransın mövzusu ilə əlaqədar təşkilatın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qazaxıstan səfəri zamanı S. Seyidovun Qazaxıstan Senatının xarici əlaqələr komitəsinin sədri İkram Adirbekov və Rusiyanın Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev ilə görüşləri olub.

Qeyd edək ki, “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda dünən fəaliyyətinə yekun vurub.

Nemət


Müəllif:

Oxşar xəbərlər